BDU və Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

23/12/2024

Bakı Dövlət Universiteti (BDU) və Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Probasiya xidmətinin rəisi Vüqar Ağayev imzalayıb.

Memorandumun imzalanmasında məqsəd əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyasının həyata keçirilməsidir.

Memoranduma əsasən, probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi prosesinə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı universitet və xidmət arasında əməkdaşlıq nəzərdə tutulur.

Tədbirdə BDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə Probasiya xidmətində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə probasiya sahəsində aparılan işlər barədə də ətraflı məlumat verilib.

Xəbərlər

BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır

BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır
14/04/2026

BDU və Özbəkistanın Geoloji Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Geoloji Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb
13/04/2026

BDU tələbələri üçün təlim: "İnsanlar əslində bizə nə deyir?"

BDU tələbələri üçün təlim: "İnsanlar əslində bizə nə deyir?"
13/04/2026