BDU və DOST Agentliyi tələbələr üçün yeni layihə həyata keçirir

05/06/2025

Bakı Dövlət Universiteti  (BDU) və DOST Agentliyi birgə əməkdaşlıq çərçivəsində “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yeni layihəyə start verib. Layihənin əsas məqsədi sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyalara malik olan tələbələrin təşəbbüslərinə dəstək göstərmək və onların cəmiyyətə faydalı layihələrini reallaşdırmaqdır.

Layihəyə müraciət etmək istəyən tələbələrdən komanda şəklində iştirak tələb olunur. Belə ki, komandalar minimum 2, maksimum 5 nəfərdən ibarət olmalıdır. Layihə üçün təqdim edilən ideyalar müəyyən kriteriyalara cavab verməlidir.

Layihənin ideyası tam və dəqiq olmalı, məqsəd və hədəfləri düzgün göstərilməli, eləcə də sosial sahədə dövlət siyasətini tamamlamalıdır. Layihə innovativ və yaradıcı olmaqla, sosial inkişafı dəstəkləməli, sosial xidmətlərin keyfiyyətinin artırılması və inklüziv həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşımalıdır. Layihə çərçivəsində təklif olunanlar həyata keçirilmə potensialına malik olmalıdır. İdeya fərdi və ya komanda şəklində hazırlanmalı, unikallıq nümayiş etdirməlidir. Həmçinin, layihənin davamlı inkişaf potensialına və dayanıqlılığına diqqət yetirilməlidir.

Layihədə iştirak edənlər bir sıra imkanlar əldə edəcəklər. Belə ki, uğurlu ideyalar növbəti mərhələlərə keçəcək və bu komandalar peşəkar mentorlarla işləmək şansı qazanacaqlar. Eyni zamanda, iştirakçılar ölkədə tanınmış təşkilat və qurumlarla şəbəkələşmə imkanı əldə edəcək, layihələrinə dair sertifikat və startap dəstəyi ala biləcəklər.

Qeydiyyat linki: Formu doldur

Müraciət üçün son tarix: 27 iyun 2025-ci il

Layihə ilə bağlı əlavə sualları olan tələbələr dost_projects@sosial.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026