BDU və DOST Agentliyinin könüllülərinə təlimlər keçirilib

07/01/2024

Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyi arasında anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində hər iki qurumun könüllülərinə təlimlər keçirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixoloqları Emilya İgidova, Şəbnəm İslamlı və Lalə Cabbarova tərəfindən “Yaşlıların psixoloji xüsusiyyətləri" mövzusunda keçirilən təlimlərdə bu kateqoriyadan olan insanlarla düzgün ünsiyyət formaları, effektiv kommunikasiya bacarıqları və izahetmə mexanizmləri barəsində məlumat verilib.

Təlimlər könüllülərin mövzu ətrafında sualların cavablandırılması və iş təcrübələrində şahid olduqları situasiyaların dəyərləndirilməsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026