BDU və DOST Agentliyinin sosial sahədə müasir dövlət xidmətlərinə dair elmi-praktiki konfransına qeydiyyat davam edir

17/11/2023

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

DOST Agentliyinin və Bakı Dövlət Universitetinin birgə təşkil edəcəkləri konfrans dekabrın 15-də BDU-da keçiriləcək. Konfrans materialları jurnal formasında BDU və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

\Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 2023-cü il dekabrın 5-dək conference_2023@sosial.gov.az elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86 ünvanına birbaşa təqdim edə bilərlər.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026