BDU və DSMF-nin əməkdaşları sosial iş sahəsi üzrə maarifləndirmə tədbirlərinə dair görüş keçiriblər

21/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrası və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları arasında ”Sosial iş sahəsi üzrə maarifləndirmə” layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə BDU-nun Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev, kafedranın əməkdaşları Eliza İsmayılova və Tərlan Tağıyeva, DSMF-nin Pensiya təyinatı departamentinin müdiri Eyvaz İsmayılov, Sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov, Layihələrin idarə olunması departamentinin mudiri Elnur Məmmədov, Fərdi uçota nəzarət departamentinin müdir müavini Lalə Abdullayeva, Dövlət icbari şəxsi sığorta məsələləri departamentinin müdir müavini Cəfər Salmanov iştirak ediblər.

Layihədə əsas məqsəd DSMF-nin fəaliyyət istiqamətləri, ölkədə aparılan sosial islahatlar, tətbiq olunan yeniliklərlə bağlı tələbələrin məlumatlandırılması, sosial iş ixtisası üzrə təhsil alan tələbələrin DSMF əməkdaşlarının təcrübəsindən yararlanması və sosial iş təhsili ilə Fondun fəaliyyət istiqamətlərinin əlaqələndirilməsidir.

BDU-nun dosenti Üzeyir Şəfiyev bildirib ki, sosial iş təhsilinin keyfiyyət göstəricilərinin artırılmasında DSMF ilə əməkdaşlığın böyük əhəmiyyəti var və əməkdaşlıq istiqamətləri çoxşaxəlidir. O, DSMF əməkdaşlarının sosial iş ixtisasında tədris olunan bir sıra fənlər istiqamətində praktik xarakterli ustad dərslərinin keçirilməsi, tələbələrin Fondda könüllülük proqramı çərçivəsində davamlı fəaliyyətinin məqsədəuyğun olduğunu qeyd edib.

Səmərəli və işgüzar mühitdə keçirilən görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024