BDU və “EDU Company” təhsil şirkətinin əməkdaşları arasında görüş

21/01/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “EDU Company” təhsil şirkətinin əməkdaşları arasında görüş keçirilib.

Görüş zamanı şirkət tərəfindən təqdim edilmiş “Abituriyentlər universitetdə”  və “Birgə İnkişaf Dərnəyi” adlı layihələr müzakirə edilib.

Qeyd olunub ki, “EDU Company” təhsil şirkəti abituriyentlərin BDU-nun fakültə və ixtisasları, tədris fəaliyyəti ilə yaxından tanışlığında maraqlıdır. Bunun üçün Universitetdə “açıq qapı” günlərinin təşkili faydalı olar. Bununla yanaşı, müəllimlik ixtisaslarında (riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, dil və ədəbiyyat müəllimliyi, coğrafiya müəllimliyi və s.) təhsil alan BDU tələbələrinin “EDU Company” təhsil şirkətində təcrübə proqramlarında iştirakı arzuolunandır. Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları adıçəkilən layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026