BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

25/12/2024

Bakı Dövlət Universiteti (BDU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfrans uğurla başa çatıb.

Konfransın keçirildiyi iki gün ərzində 20-dən çox ölkədən gəlmiş alim və tədqiqatçılar nanomateriallar, yaşıl texnologiyalar və tibbi tətbiqlərə dair məruzələr təqdim ediblər.  Sessiyalar arasında nanomaterialların bitkiçilikdə tətbiqi, mikroplastiklərin ətraf mühitə təsiri, çoxlu dərman müqavimətinə malik patogenlərə qarşı yeni terapiya yanaşmaları kimi mövzular xüsusilə diqqət çəkib.

Beynəlxalq konfrans ICESCO dövlətləri və qonşu ölkələrdən olan alimlərin iştirakı ilə tədqiqat və sənaye sahələrini əhatə edən regional və beynəlxalq əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirib, gənc tədqiqatçıların elmi layihələrdə daha fəal iştirakını təmin etmək məqsədilə yeni mexanizmlərin yaradılmasına töhfə verib. Konfransda akademik tədqiqat qrupları ilə sənaye nümayəndələri arasında əməkdaşlıq imkanları yaradıllb, patentli dərmanların iqtisadi dövriyyəsinin artırılması və yeni maddələrin kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb.

“Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfrans elmi biliklərin tətbiq sahələrini genişləndirərək, biotibb və ətraf mühit problemlərinin həllində yeni istiqamətlər müəyyən edib. Tədbirdə təqdim olunan bütün materiallar konfransın rəsmi saytı vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026