BDU və Çinin Anhui Universiteti tələbələr üçün onlayn mühazirə keçirib

25/12/2020

Bakı Dövlət Universitetinin (BDU) və Çinin Anhui Universiteti birgə təşkilatçılığı ilə çinli tələbələr üçün onlayn mühazirə təşkil edilib. “Zoom” proqramı vasitəsilə keçirilən mühazirənin məqsədi hər iki universitet tələbələri arasında qarşılıqlı əlaqələr yaratmaq və Azərbaycanı çinli tələbələrə tanıtmaq olub.

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənov Anhui Universitet tələbələrinə Çin-Azərbaycan əlaqələrinin yaradılmasından və hərtərəfli inkişafından bəhs edib. O, ölkələr arasında mövcud əlaqələrin irəliləməsi istiqamətində BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rolunu yüksək qiymətləndirib. R.Həsənov bildirib ki, institutda azərbaycanlı tələbələr Çin dili ilə yanaşı, həm də Çin mədəniyyətini, iqtisadiyyatını və digər sahələr üzrə məlumatlar öyrənə bilirlər. Nəticədə bu gün yüzlərlə azərbaycanlı tələbə Çində təhsil alır.

BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vang Hao Çianq gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
Onlayn mühazirədə Anhui Universitetinin Xarici Araşdırmalar fakültəsinin dekanı, Azərbaycan Tədqiqat Mərkəzinin direktoru Zhan Çuanvang və Anhui Universitetinin Beynəlxalq Ofisinin direktoru Hu Sueven da iştirak ediblər.

Qeyd edək ki, mühazirə Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Tədbirdə Çinin azərbaycanlı tələbələrə tanıdılması məqsədilə mühazirələrin təşkil olunması haqqında razılıq əldə olunub.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025