BDU və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “Doğru yolun başlanğıcı” adlı təlim

24/07/2024

Bakı Dövlət Universiteti (BDU) və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə bankın yaranmasının 150 illik yubileyi çərçivəsində BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Doğru yolun başlanğıcı” adlı təlim proqramı təşkil olunub.

Proqram çərçivəsində “Kapital Bank”ın əməkdaşları tərəfindən BDU tələbələri üçün “Şəxsi inkişaf”, “Biznesin qurulması və idarəedilməsi”, “İş mühitində kollektivlə işləmə bacarıqları”, “Karyera planlaması və yüksəlişi” kimi mövzularda təlimlər, açıq havada əyləncəli oyunlar keçirilib.

Sonda fərqlənən bir qrup tələbə “Kapital Bank” tərəfindən hədiyyələrlə təltif edilib.

Təltifetmə mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, “Kapital Bankla” birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.

Qeyd edək ki, təlim proqramında “BDU könüllüləri” təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü iştirak edib.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024