BDU və MDU-nun birgə təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncliyi” mövzusunda tədbir keçirilib

07/02/2022

Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncliyi” adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm zəfərdən danışıb. O, çıxışında Azərbaycan gənclərinin müxtəlif sahələrdə beynəlxalq müstəvidə ölkəmizi uğurla təmsil etdiyini bildirib. Daha sonra çıxış edənlər BDU TGT-nin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Cəfər Gözəlov, MDU-nun Təhsil fakültəsinin I kurs tələbəsi Tamella Qurbanova, Təhsil fakültəsinin II kurs tələbəsi  Leyla Manafova və Mühəndislik fakültəsinin III kurs tələbəsi Hüseyn Əliyev gənclərə göstərilən dövlət qayğısından danışıb, məhz Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişən qəhrəman gənclərin sayəsində müqəddəs torpaqlarımızın işğaldan azad olunduğunu qeyd ediblər.

Tədbirdə hər iki təhsil ocağının fəal gəncləri gələcəkdə keçiriləcək birgə layihələr haqqında müzakirə aparıb, müştərək tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024