BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşulub

17/04/2018

Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ-nin NICA (Nuclotron-based Ion Collider faсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. Tədbirə dünyanın müxtəlif nüvə tədqiqatları mərkəzlərindən 200-dən çox alim qatılıb. NICA proyektinə qoşulmuş BDU və MNTM yerinə yetiriləcək MPD detektor sistemində fiziki proseslərin simulyasiyası, eləcə də hazırda fəaliyyət göstərən BM@N təcrübəsində iştirak edəcək. Hadisə generatorları ilə simulyasiya edilmiş, eləcə də müxtəlif ölçülü nüvələrin toqquşmasından alınmış nəticələrin emalı yerinə yetiriləcək. Xüsusilə, zamanı proyeksiya edən detektorlarda zərrəciklərin innovativ üsullarla ayırd edilməsi BDU və MNTM əməkdaşları tərəfindən işlənib hazırlanacaq, ilk növbədə, zərrəciklərin spektrləri, onların yaranma en kəsikləri ölçüləcək və indiyə kimi yerinə yetirilmiş oxşar ölçmələrlə sistematik şəkildə müqayisə ediləcək. İkinci addımda zərrəciklərin sayı paylanılacaq, onların toqquşmadan-toqquşmaya saylarının dəyişməsi öyrəniləcək, paralel olaraq statistik mexanikadan və dinamik modellərdən əldə edilmiş nəzəri nəticələrlə müqayisələr yerinə yetiriləcək. Bu məqsədlə informasiya texnologiyaları və statistik riyaziyyatın müasir üsullarından istifadə ediləcək.

Qeyd edək ki, NICA kompleksindən başqa oxşar tədqiqatlar CERN-in Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 17 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026