BDU və Milli Observatoriya nümayəndələri arasında görüş

13/02/2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə rektorun keyfiyyət təminatı üzrə  müşaviri Asiman İlyasov məzunların məşğulluğunun artırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dair BDU-da görülən işlər haqqında məlumat verib.

Bununla yanaşı, görüşdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunluğunun təhlil edilməsi, əmək qanunverciliyinə təkliflərin hazırlanması üçün birgə monitorinq və təhlillərin həyata keçirilməsi, BDU tələbələrinin Milli Observatoriyada təcrübə proqramı keçməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər arasında imzalanmış  əməkdaşlıq memorandumunda qeyd edilən istiqamətlər üzrə görüləcək işlər də müzakirə edilib.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026