BDU və Milli Observatoriya nümayəndələri arasında görüş

27/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov, Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov, Əmək bazarının qiymətləndirilməsi departamentinin Qiymətləndirmə şöbəsinin müdiri İnci Allahverdiyeva, həmin departamentin baş mütəxəssisi Elnarə Qəribova, BDU Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov, Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova və şöbənin baş mütəxəssisi İlkin Şərifov iştirak ediblər.

Görüşün əsas məqsədi BDU və Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin icra vəziyyətini müzakirə etmək, mövcud fəaliyyətləri qiymətləndirmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub. Tərəflər Universitetin tələbə və əməkdaşları üçün həyata keçirilən təlimlərin gedişatı, iştirakçı fəallığı, maraq dinamikası və əldə olunan nəticələr barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı təlimlərin effektivliyinin artırılması, koordinasiyanın gücləndirilməsi və Milli Observatoriyanın analitik alətlərinin BDU-da tətbiqi imkanları diqqət mərkəzində olub. Həmçinin BDU məzunlarının məşğulluq göstəriciləri, tələbələr üçün karyera dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, əmək bazarının müasir trendlərinin tədris proqramlarına inteqrasiyası və məzun məlumat bazasının genişləndirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Milli Observatoriyanın sədr müavini Şaiq Kazımov bildirib ki, birgə fəaliyyət tələbələrin elmi potensialının və tədqiqat bacarıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təlim və layihələr gənclərin bilik və bacarıqlarının real sektorda tətbiqinə şərait yaradır.

BDU Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov Universitetin elmi-tədqiqat qurumları ilə əməkdaşlığının tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb.

Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova isə təlim proqramlarının əmək bazarının tələblərinə uyğun formalaşdırılmasının vacibliyini diqqətə çatdıraraq, məzun məşğulluğu üzrə mütəmadi analizlərin aparılmasının əhəmiyyətini qeyd edib.

Görüşün sonunda tərəflər əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xəbərlər

BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib

BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” adlı müzakirə keçirilib
27/11/2025

BDU və Milli Observatoriya nümayəndələri arasında görüş

BDU və Milli Observatoriya nümayəndələri arasında görüş
27/11/2025

BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar
27/11/2025