BDU və Mingəçevir Dövlət Universitetinin birgə layihələri davam edir

16/10/2021

Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. BDU-nun Hüquq fakültəsi İnsan hüquqları informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev “İnsan hüquq və azadlıqlarının təminat mexanizmləri” mövzusunda ustad dərsi keçib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə BDU və MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc tədqiqatçılar iştirak ediblər.

Ustad dərsində Ə.Əliyev insan hüquq və azadlıqlarının əsas təminat mexanizmləri barədə danışıb. İnsan hüquq və azadlıqlarının əsas təminat mexanizmlərinin beynəlxalq və dövlətdaxili təminat mexanizmlərindən geniş bəhs edən məruzəçi, onlar arasında qarşılıqlı əlaqələri müqayisə edərək, hər iki mexanizmin inkişaf perspektivlərini təhlil edib. Həmçinin Ə.Əliyev öz çıxışında dünya dövlətlərinin təcrübəsinə müraciət edib.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026