BDU və Pakistanın Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

01/04/2022

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universitetinin rektoru Qamar-uz-Zaman imzalayıblar.
Anlaşma Memorandumu tərəflər arasında birgə elmi araşdırmaların və mübadilə proqramlarının təşkil edilməsi nəzərdə tutur.
Məlumat üçün bildiririk ki, 1994-cü ildə universitet statusu almış Pakistanın Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universitetində 10000-dən çox tələbə təhsil alır. Universitet Pakistan ali təhsil məktəbləri arasında 8-ci, THE (Times Higher Education) dünya universitetləri reytinqində isə 1201+ pilləsində yer tutur.

 

Xəbərlər

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
13/05/2026

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
13/05/2026

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
13/05/2026