BDU və Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutu arasında əməkdaşlıq müqaviləsi

15/02/2022

Bakı Dövlət Universiteti (BDU) və Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun prorektoru Fərda İmanov və Lissabon Universiteti Ali Texniki İnstitutunun prezidenti Rogerio Colaço imzalayıb.

Əməkdaşlıq müqaviləsində birgə elmi tədqiqat, konfrans, təhsil proqramları və təlimlərin təşkili, həmçinin, bakalavr, magistr və tədqiqatçıların qarşılıqlı mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.

Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutunun əsası 1911-ci ildə qoyulub, İnstitutda 10987 tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026