BDU və “Premium Bank”ın nümayəndələri onlayn əməkdaşlıq görüşü keçirib

22/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə “Premium Bank”ın nümayəndəsi arasında onlayn formatda əməkdaşlıq görüşü keçirilib. Görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, “Premium Bank”ın İnsan resursları üzrə mütəxəssisi Nəzrin Nazirli-İsmayılzadə iştirak ediblər.

Görüşün məqsədi Universitetlə “Premium Bank” arasında qarşılıqlı əməkdaşlıq imkanlarını, bankda mövcud olan təcrübə və işə qəbul proqramlarını müzakirə etmək olub.

Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları tələbə və məzunların karyeralarına dəstək göstərilməsi, onların bilik və bacarıqlarının real əmək bazarının tələblərinə uyğunlaşdırılması, BDU ilə ölkəmizin aparıcı bankları arasında səmərəli əməkdaşlığın qurulması istiqamətində təşəbbüslər barədə məlumat veriblər.

Görüş zamanı “Premium Bank”ın nümayəndəsi gənc mütəxəssislərin inkişaf proqramları, işə qəbul prosesləri, real iş təcrübəsi haqqında geniş təqdimat edib, Universitetlə bank arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə təkliflərini səsləndiriblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026