BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında ikili diplom proqramının məzunları dissertasiya işlərini müdafiə ediblər

24/06/2023

Bakı Dövlət Universiteti və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında Neft kimyası ixtisaslaşması üzrə ikili diplom proqramında təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.

İkili diplom proqramı üzrə təhsil alan Zülfiyə Hüseynli “Texniki pambıq yağı biodizel istehsalında xammal kimi”, Yerasıl Kamşıger “İon mayelərin avtomobil əlavələri kimi tətbiqi” mövzularında yerinə yetirdikləri dissertasiyalarını müdafiə ediblər.

Kimya fakültəsinin dekanı Fuad Kərimli, müdafiə komissiyanın sədrləri İbrahim Məmmədov və Aygül Amitova iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edib, magistrantlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra magistrantlar komissiya üzvlərinin suallarını cavablandırıblar.

Qeyd edək ki, BDU və QMTTU arasında Neft kimyası ixtisaslaşması üzrə ikili diplom proqramının məqsədi neft-qaz kimyası, yanacaqlar, təbii karbohidrogen ehtiyatları əsasında texniki əhəmiyyətli maddələrin alınması sahəsində hərtərəfli biliyi olan, müasir düşüncəyə sahib, problemlərin həllini bilən, eləcə də onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanmasıdır. İkili diplom layihəsində təhsil alanlar neft kimyası, kimya mühəndisliyi elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri effektiv təsnif və həll etmək bacarıqları qazanacaqlar.

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026