BDU və Qazaxıstanın Avrasiya Milli Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə

04/07/2023

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində imzalanmış "Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul imtahanı yeni tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

İkili diplom proqramında tədris rus dilində və iki il müddətində aparılacaq. Tədris ilinin I-IV semestrlərində təhsil BDU-nun Biologiya fakültəsində, II-III semestrlərdə isə L.N Qumilyov adına Avrasiya Milli Universitetində həyata keçiriləcəkdir. Təhsil proqramını başa vurmuş tələbələr BDU və L.N Qumilyov adına Avrasiya Milli Universitetinin "Biotexnologiya” ixtisaslaşması üzrə magistr diplomlarına yiyələnəcəklər.

Proqrama müraciət və əlavə suallar üçün bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz:

+994 012 5391091

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024