BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

05/10/2026

Bakı Dövlət Universitetində (BDU) keçirilən "Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” Beynəlxalq fənlərarası seminarı çərçivəsində BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev imzalayıblar.

Memoranduma əsasən, BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu qoruq ərazisində yerləşən arxeoloji, qayaüstü təsvir və digər mədəni irs nümunələrinin elmi tədqiqi, sənədləşdirilməsi, rəqəmsallaşdırılması, mühafizəsi və təbliği, habelə bu sahələrdə müasir elmi və texnoloji metodların tətbiqi üzrə əməkdaşlıq edəcəklər.

Tərəflər Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftının multidissiplinar tədqiqi məqsədilə geofizika, arxeologiya, tarix, coğrafiya, geologiya, informasiya texnologiyaları, məsafədən zondlama, coğrafi informasiya sistemləri (GIS), süni intellekt və digər müvafiq elmi istiqamətlər üzrə Qobustan ərazisinin arxeoloji və mədəni irs potensialını müasir elmi metodlarla kompleks şəkildə öyrənəcək, birgə ekspedisiya, sahə tədqiqatları həyata keçirəcəklər. Bununla yanaşı, BDU-nun tələbə, magistrant, doktorant və tədqiqatçılarının real arxeoloji və mədəni irs mühitində elmi-təcrübi fəaliyyətə cəlb edilməsi, Qobustanın elmi potensialının yerli və beynəlxalq akademik mühitdə tanıdılması da memorandumda əks olunub.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026