BDU və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu müqavilə imzalayıb

15/09/2017

Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb. Rektor, akademik Abel Məhərrəmov və adıçəkilən institutun direktoru, professor Vilayət Vəliyevin imzaladıqlaı müqavilədə hər iki qurum arasında tədris prosesinin və elmi tədqiqatların bir-biri ilə və istehsalatla əlaqələndirilməsi, müvafiq elm sahələrinin qarşılıqlı maraq doğuran və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, elmi-tədqiqat və kadr hazırlığı sahəsində BDUvə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə, professor-müəllim heyətinin, elmi işçilərin, mütəxəssislərin, doktorant, dissertant və tələbələrin müvafiq fakültələrdə, kafedralarda, şöbələrdə, sənaye parklarında, elmi tədqiqat institutlarında və laboratoriyalarında ixtisasartırma,elmi-tədqiqat, istehsalat təcrübələrinin və staj keçməsinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda və onun ətrafındakı müvafiq qurumlardaBDU-nun elm və tədris bazalarının, baza kafedralarının və ya mövcud kafedraların filiallarının yaradılması, doktorant və dissertantlarına birgə elmi rəhbərlik, hər iki qurumun gənc alim və mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi, birgə elmi simpozium, seminar, konfrans və treninqlərin təşkili, qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə və proqramlarda birgə iştirak, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması kimi məsələlər də müqavilədə öz əksini tapıb.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025