BDU və RİİB-in birgə təşkilatçılığı ilə “Aqro məktəb” layihəsi çərçivəsində maarifləndirici tədbir

02/12/2025

"Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Aqro məktəb” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub.

Tədbirin açılışında BDU rektoru Elçin Babayev layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təşəbbüs gənclərin elmə marağının artırılması, aqrar sahədə müasir yanaşmaların tətbiqi barədə bilik və bacarıqlarının genişləndirilməsinə xidmət edir. O, Universitetin uzunmüddətli inkişaf strategiyasında gənclərin elmi dünyagörüşünün formalaşdırılması və innovativ texnologiyalara çıxış imkanlarının artırılmasına xüsusi önəm verildiyini qeyd edib.

Tədbirin davamında iştirakçılar BDU-nun Genetika və təkamül, Faydalı qazıntılar muzeylərinə ekskursiya edərək canlılar aləminin inkişaf mərhələləri, geoloji dövrlər və təbiət tarixi ilə bağlı maraqlı faktlarla tanış olublar.

Ekskursiya çərçivəsində qonaqlar BDU-nun unikal layihəsi olan "Eko Məkan"ı da  ziyarət ediblər. Burada mütəxəssislər tərəfindən iştirakçılara hidroponika texnologiyasının üstünlükləri haqqında interaktiv təqdimat keçirilib, suda toxum yetişdirilməsi və bitkilərin torpaqsız becərilməsi prosesləri barədə əyani məlumat verilib.

Günün sonunda layihədə fəallıq göstərən iştirakçılar sertifikatlarla təltif olunublar.

Xəbərlər

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026