BDU və Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

14/08/2023

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Protokolu BDU-nun rektoru  Elçin Babayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıb. Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki  Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Eskişehir Texniki  Universitetində beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026