BDU və Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb

11/06/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb.

Tədbirdə çıxış edən rektor Elçin Babayev həm təbiət-dəqiq, həm də  humanitar elmlər sahələrində hər iki universitetin böyük potensiala malik olduğunu qeyd edib. O bildirib ki, imzalanan memorandum BDU və Bingöl Universitetinin tələbələri üçün yeni imkanlar açacaq, regionda təhsilin və elmin inkişafına mühüm töhfə verəcək. Xüsusilə biologiya, kimya, fizikanın müxtəlif istiqamətləri, arı xəstəlikləri, nanotexnologiyalar, iqtisadiyyat və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə elmi tədqiqatlar aparıla, ortaq elmi-tədqiqat laboratoriyası yaradıla bilər.

Bingöl Universitetinin rektoru Erdal Çelik BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026