BDU və Türkiyənin Ege Universiteti astrofizika sahəsində əməkdaşlıq edəcəklər

05/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası ilə Türkiyənin Ege Universitetinin Elm fakültəsinin Astronomiya  və kosmos elmləri bölümünün əməkdaşları arasında onlayn görüş keçirilib.
Görüşdə BDU tərəfindən Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, dosent Kəmalə Alışeva, kafedranın dosentləri Xıdır Mikayılov, Zahir Səmədov və Bayram Rüstəmov, Ege Universitetinin Elm fakültəsinin dekan müavini, professor Esin Sipahi, Astronomiya  və kosmos elmləri bölümünün müdiri, professor Ömər Lütfi Dəyirmançı, professor Mutlu Yıldız, Ege Universiteti Rəsədxanasının müdiri, dosent Hasan Ali Dal iştirak ediblər.
Kəmalə Alışeva BDU ilə Türkiyənin ali məktəbləri arasında əlaqələrin genişləndiyini, son zamanlar qardaş ölkənin bir neçə universiteti ilə əməkdaşlıq müqavilələrinin imzalandığını və müxtəlif istiqamətlərdə ortaq layihələrin planlaşdırıldığını, tezliklə Ege Universiteti ilə də belə əməkdaşlığın qurulacağına ümid etdiyini vurğulayıb. Daha sonra o, BDU-nun Astrofizika kafedrası, burada yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib.
Ege Universitetinin Elm fakültəsinin dekan müavini, professor Esin Sipahi elm, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, BDU-nun Astrofizika kafedrası ilə birgə layihələrin, eləcə də gələcəkdə ikili diplom proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. Tədbir iştirakçıları əməkdaşlıq layihələrinin hər iki tərəf üçün faydalı olacağını qeyd ediblər.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026