BDU və Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb
21/07/2023
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Müqaviləni BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Hacettepe Universitetinin Erasmus koordinatoru Ruhtan Yalçıner imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, Hacettepe Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. 16 fakültə, 15 institut, 4 peşə məktəbi və bir konservatoriyanın fəaliyyət göstərdiyi Hacettepe Universiteti QS WUR reytinqində 761-770-ci pillədədir.
Xəbərlər
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
