BDU və Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb

28/11/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və Süleyman Dəmirəl Universitetinin rektoru Mehmet Saltan imzalayıblar.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycanın xalqının Ümummilli Lideri Heydər Əliyevin BDU-nun ən böyük məzunu olduğunu xatırladıb, Türkiyənin dahi siyasətçisi Süleyman Dəmirəlin adını daşıyan universitetlə əməkdaşlığın ölkələrimiz arasında qardaşlıq münasibətlərinə öz töhfəsini verəcəyini bildirib. O, Süleyman Dəmirəl Universiteti ilə hüquq, iqtisadiyyat, kimya mühəndisliyi, geologiya mühəndisliyi, psixologiya kimi sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Süleyman Dəmirəl Universitetinin rektoru Mehmet Saltan rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 14 fakültə, 40 minə yaxın tələbəsi olduğunu diqqətə çatdırıb, BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026