BDU və “Xocalı Soyqırımını Tanıtma” İB-nin birgə təşkilatçılığı ilə anım tədbiri

25/02/2022

Bakı Dövlət Universiteti (BDU) və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə BDU-da keçirilən tədbirlər haqqında məlumat verib.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, müharibə veteranı, Xocalı soyqırımının şahidi Şamil Sabiroğlu (Ələkbərli) faciənin təfərrüatlarını danışıb. O vaxt "Səhər" gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri olan Şamil Sabiroğlu Xocalı şəhərinin erməni quldurları tərəfindən blokadaya alındığını, qonşu şəhər və rayonlarla əlaqənin kəsildiyini, əliyalın əhaliyə amansızlıqla divan tutulduğunu bildirib.

Sambo və cüdo üzrə Rusiya və Avropa çempionu Azad Məmmədov, Xocalı rayonunun Daşbulaq kənd sakini, Vətən müharibəsi iştirakçısı İlqar Məmmədov çıxışlarında soyqırım gecəsi yaşanan dəhşətlər barədə danışıb, Vətən müharibəsində Xocalı qurbanlarının da qisasının alındığını bildiriblər.

Daha sonra Bakının Nərimanov rayonundakı 178 saylı tam orta məktəbin IX sinif şagirdi Güllü Mehdizadə Xocalı soyqırımı barədə şeir səsləndirib.

Sonda Ağcabədi Regional Mədəniyyət İdarəsinin Əli Quliyev adına Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivinin hazırladığı bədii kompoziya təqdim olunub.


Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026