BDU və YAP-ın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Beynəlxalq elmi konfrans keçiriləcək

14/02/2023

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar olaraq Universitetin Elmi Şurasının 2022-ci il 28 dekabr tarixli iclasında BDU-nun Tədbirlər Planı müzakirə edilərək təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq 2023-cü il 26 aprel tarixində Yeni Azərbaycan Partiyası ilə birlikdə beynəlxalq səviyyəli konfransın keçirilməsi planlaşdırılır. Konfransda tarix, siyasi elmlər və hüquq kimi sahələr üzrə ölkəmizdə və dünyada tanınmış siyasi xadimlərin, alimlərin iştirakı nəzərdə tutulur.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025