BDU və Yaponiyanın Kanaqava Universiteti arasındaəməkdaşlıq memorandumu imzalanıb

15/09/2023

Bakı Dövlət Universiteti (BDU) və Yaponiyanın Kanaqava Universiteti (Kanagawa University) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Kanaqava Universitetinin prezidenti Makoto Oguma imzalayıb.

Əməkdaşlıq memorandumunun məqsədi birgə tədqiqat və akademik görüşlərin keçirilməsini, bakalavr, magistr, tədqiqatçı və akademik heyətin, elmi məqalə və məlumatların mübadiləsini, gələcəkdə ikitərəfli münasibətlərin genişləndirilməsini təmin etməkdir.

Əsası 1928-ci ildə qoyulan Yokohama Akademiyası 1949-cu ildən Kanaqava Universiteti kimi fəaliyyət göstərir. Universitetin mərkəzi kampusu Yaponiyanın Yokohama şəhərində yerləşir. Kanaqava Universiteti QS Asiya universitetləri reytinq cədvəlində 2023-ci ildə 601-650-ci, “Times Higher Education” dünya universitetləri reytinq cədvəlində isə 1501+ yerdədir. Universitetdə 20 minə yaxın tələbə, o cümlədən 600-dən çox əcnəbi tələbə təhsil alır.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026