BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

10/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “Agro Food Investments” MMC-nin tərkibində olan “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib.

Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Mərkəzin tələbə və məzunların uğurlu karyera qurması istiqamətində karyera xidmətləri göstərdiyini, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə işəgötürənlərlə müxtəlif layihə və inkişaf proqramları həyata keçirdiyini vurğulayıb. O, bu görüşün tələbə və məzunların əmək bazarına adaptasiyasında əhəmiyyət kəsb edəcəyinə ümid etdiyini bildirib.

Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova “Zəfər bağları” MMC ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlərə aydınlıq gətirib. Görüşdə Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Biologiya, Kimya fakültələrinin tələbələri üçün təcrübə və təqaüd proqramları, startap layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Şirkət əməkdaşları bildiriblər ki, BDU ilə “Zəfər bağları” MMC arasında əməkdaşlıq çərçivəsində Korporativ Sosial Məsuliyyət layihələri, tələbələr üçün könüllülük, təqaüd və praktiki təcrübə proqramları, “Açıq qapı” günləri həyata keçiriləcək. Bu əməkdaşlıq gənc mütəxəssislərin hazırlanması, aqrar elmlər sahəsində tədqiqatların stimullaşdırılması və universitet-sənaye əlaqələrinin möhkəmləndirilməsinə əlverişli şərait yarada bilər.

2024-cü ildə yaradılan "Zəfər bağları" MMC Qarabağ ərazisində yeni bağların salınması və mövcud olan bağların bərpasını həyata keçirir.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026