BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

21/07/2024

“Dünya Universitetlərinin Vebometrik Reytinqi” (“Webometrics Ranking of World Universities”) 2024-cü ilin birinci yarısının nəticələrini elan edib. Müvafiq reytinq siyahısına əsasən, BDU 233 pillə irəliləyib və dünyanın 31606 ali təhsil müəssisəsinin adının yer aldığı reytinq siyahısında 3295-ci yerdə qərarlaşıb. Bununla yanaşı, BDU yeni uğura imza ataraq Avropanın 5985 universiteti arasında 1051-ci, Mərkəzi və Şərqi Avropanın 2692 universiteti arasında isə 232-ci yerə yüksəlib. Onu da qeyd etmək lazımdır ki, BDU “Dünya Universitetlərinin Vebometrik Reytinqi”nin göstəricilərinə görə “Şəffaflıq” (“Transparency”) indikatoru üzrə ölkə birincisidir.

Məlumat üçün bildirək ki, “Dünya Universitetlərinin Vebometrik Reytinqi”nin əsas məqsədi biliyə açıq çıxışı təşviq etmək, ali təhsil müəssisələrinin rəqəmsal fəaliyyətlərini və virtual akademik cəmiyyətə töhfələrini nəzərə alaraq onların qlobal fəaliyyətini qiymətləndirməkdir.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026