BDU XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

01/10/2025

Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Bakı Ekspo Mərkəzində keçirilən sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub və 1-7 oktyabr 2025-ci il tarixlərini əhatə edir.

Sərgidə BDU-nun Elmi Kitabxanasında qorunan, Universitetin professor və müəllim heyətinin son iki ildə nəşr olunmuş kitabları, dərslik və dərs vəsaitləri nümayiş etdirilir. Həmçinin BDU-nun “Nəşr Evi”ndə çap olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının son illərə aid hər 4 seriyası, fakültələrin konfrans materialları, dərslik, dərs vəsaiti və monoqrafiyalar stenddə təqdim olunur.

Stenddə Universitetin tarixi, fəaliyyəti, elmi və pedaqoji nailiyyətləri barədə məlumatlandırıcı videoçarx da nümayiş olunur.

Ziyarətçilərə stenddə təqdim olunan nəşrlər barədə ətraflı məlumat verilir, üzərində BDU-nun loqosu olan çap məhsulları, bloknot, buklet, qeyd vərəqi və qələmlər hədiyyə olunur.

BDU-nun sərgidə iştirakı Universitetin elmi və tədris potensialını geniş ictimaiyyətə çatdırır, tələbə və məktəbli kitabsevərlərlə birbaşa ünsiyyət imkanı yaradır.

Açılış günündə Bəxtiyar Vahabzadə və Üzeyir Hacıbəyli təqdimat zonalarında BDU-nun Elmi Kitabxanasının əməkdaşı Məcid Heydərlinin (Seyyid Əsri) müəllifi olduğu "Fidan çiçəkləri" kitabının da təqdimatı keçirilib.

 

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026