BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

28/03/2026

Bakı Dövlət Universiteti “BDU könüllüləri” təşkilatının təşəbbüsü,  IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə keçirilən “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub.

Kampaniyaya uyğun olaraq 28 mart saat 20:30-dan başlayaraq BDU-nun tədris korpusunda işıqlar bir saatlıq söndürülüb.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub. O vaxtdan bəri ölkəmizdə kampaniya hər il IDEA-nın dəstəyi ilə keçirilir. Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026