BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir

30/05/2025

Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir. Təhsil sərgisi Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 27-31 may tarixlərində Elm və Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil olunub.

Sərgidə BDU-nun stendi nümayiş olunub. Sərgi iştirakçılarına BDU-nun təhsil imkanları, elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzetlər, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.

Qeyd edək ki, sərginin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026