BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

26/12/2025

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Angren Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Angren Universitetinin rektoru Şuxrat Mutalov imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 2021-ci ildə qoyulmuş Angren Universiteti Özbəkistanın nüfuzlu universitetlərindən biridir.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026