BDU Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

14/12/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev imzalayıb.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin bu gün uğurla davam etdiyini bildirib. O, türkdilli dövlətlərin daha da sıx birləşməsində elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rola malik olduğunu vurğulayıb.

Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb.

Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib. Həmçinin BDU ilə ikili diplom proqramı da imzalamaq arzusunda olduğunu  bildirib.

Əməkdaşlıq müqaviləsində akademik və inzibati kadrların, tələbə, magistrant və doktorantların qarşılıqlı mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026