BDU-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib

15/03/2019

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib.
Layihənin budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov olub.
Əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev layihənin önəmindən, BDU-nun ADPU ilə tarixi bağlılığından bəhs edib. Tarix fakültəsinin dekanı Azad Rzayev layihə və bununla bağlı keçirilən ilk görüş, layihənin ideya müəllifi dosent Səidə Quliyeva hədəf və məqsədlər barədə məlumat verib.
Professor Cəfər Cəfərov məzunu olduğu universitetə dəvətə görə təşəkkür edib, tələbəlik xatirələrini bölüşüb, vətənpərvərlik ruhunun və dövlətçiliyin qorunmasında gənc tarixçilərin öhdəsinə düşən vəzifələrdən bəhs edib, tələbələrə tövsiyələr verib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, koordinatorları isə dosentlər - Səidə Quliyeva, Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026