BDU-da 2024/2025-cü tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir

11/07/2024

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Qəbul prosesi üçün son müraciət tarixi 31 avqust 2024-cü ilə qədərdir.

Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlərin SİYAHISI:

1. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
2. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
3. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)
4. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən az 1 il 6 ay olmalıdır.
5. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
6. Fəxri təltiflər, sertifikatlar,diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud oldugu halda);

Qeyd:

1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Bakı Dövlət Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Bakı Dövlət Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
3. Xarici ölkə vətəndaşı Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.

TƏHSİL HAQQI ÖDƏNİŞLƏRİ HAQQINDA

ONLAYN MÜRACİƏT


Ünvan: Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33,AZ 1148
Email:  iso@bsu.edu.az

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026