BDU-da 2024-cü il üçün doktoranturaya qəbulun nəticələri açıqlanıb

04/10/2024

Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 163s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında Elm və Təhsil Nazirliyi tərəfindən Bakı Dövlət Universitetinə (BDU) 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 134 (53 əyani və 81 qiyabi olmaqla), dissertanturaya isə 39 yer ayrılıb.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 21 (2 əyani və 19 qiyabi olmaqla), dissertanturaya isə 12 yer ayrılıb.

Doktoranturaya qəbul imtahanlarının nəticələrinə əsasən, BDU-nun doktoranturasına fəlsəfə doktoru proqramı ilə 85 (41 əyani və 44 qiyabi), dissertantlıq yolu ilə 4 nəfər, elmlər doktoru proqramı üzrə 11 (1 əyani, 10 qiyabi), dissertantlıq yolu ilə 4 iddiaçı qəbul olunub.

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026