BDU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi

26/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 28 May– Müstəqillik Günü münasibətilə növbəti ənənəvi kitab sərgisi hazırlayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 108-ci ildönümünə həsr olunan sərgidə Azərbaycanın dövlətçilik tarixini, milli istiqlal mübarizəsini və müstəqillik ənənələrini əks etdirən nəşrlər yer alıb. Sərgidə həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edən nəşrlər də nümayiş olunur.

Oxuculara təqdim olunan kitablar sırasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında Dövlət Qərarları”, Nəsiman Yaqublunun “Cümhuriyyət qurucuları”, Solmaz Rüstəmova-Tohidinin AXC dövrünə dair araşdırmaları, eləcə də müxtəlif dillərdə nəşr olunmuş elmi və tarixi ədəbiyyatlar xüsusi maraq doğurur.

Sərgi gənc nəslin milli yaddaşının gücləndirilməsi və tariximizə dərin bağlılıq ruhunda yetişməsinə töhfə verməyi hədəfləyir.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026