BDU-da “30 illik işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizmin KİV-də işıqlandırılması” mövzusunda elmi seminar

01/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında “30 illik işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizmin KİV-də işıqlandırılması” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarının yerli və beynəlxalq KİV-də yayılmasının əhəmiyyətini vurğulayıb.

Kafedranın doktorantı Şahnaz Abdullayeva eyniadlı məruzə ilə çıxış edib.

O bildirib ki, birinci Qarabağ müharibəsi dövründə ermənilər tarixi Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 30 ilə yaxın davam edən işğal müddətində bu ərazilərdə vandalizm aktları törədiblər. Azərbaycanın dini, tarixi, mədəni abidələri vəhşiliklə dağıdılıb. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə zəfərlə başa çatıb və torpaqlarımız işğaldan azad olunub.

Şahnaz Abdullayeva ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarının yerli və xarici  KİV-də işıqlandırılması məsələlərinə dissertasiya işində geniş yer verdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq jurnalistika və informasiya siyasəti  kafedrasının  professoru Həmid Vəliyev, siyasi elmlər doktoru Sabir Məmmədli, dosent Aytəkin Zeynalova Şahnaz Abdullayevanı mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndiriblər.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026