BDU-da “5 ilin Zəfər sədası” adlı konsert proqramı

06/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Mədəniyyət-Yaradıcılıq Mərkəzinin dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “5 ilin Zəfər sədası” adlı konsert proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açaraq 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarını Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və Xalqımızın birliyi sayəsində azad edib. Tarixi Qələbə işğalda olan torpaqlarımızla yanaşı, milli qürurumuzu da qaytarıb və regionda yeni geosiyasi reallıq yaradıb.

Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi, Birinci Qarabağ qazisi İlham Zəkiyev və ehtiyatda olan zabit, Vətən müharibəsi iştirakçısı, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrantı Vasif Qəhrəmanov çıxışlarında qeyd ediblər ki, bu qələbə ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Bu gün qalib ölkənin qalib vətəndaşları olaraq hər bir azərbaycanlı bu qüruru yaşamaqdan fəxr duyur. Gənclər, xüsusilə tələbələr bu qələbənin layiqli davamçıları kimi öz sahələrində uğurla addımlamalı, qalib xalqın nüfuzunu yüksəltməlidirlər.

Sonra tədbirin xüsusi qonaqları – Əməkdar artist Elnur Zeynalov, müğənni Cavidan Fatihi, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşları və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyeva vətənpərvərlik mövzusunda mahnı və rəqslər ifa ediblər.
Tədbir tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026