BDU-da 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

05/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bioteam” klubunun təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zirvələrə ucalan bayraq” adlı ədəbi-bədii tədbir keçirilib.

Fakültənin dekanı Afət Məmmədova Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətindən danışıb. O, üçrəngli bayrağımızın milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin əsas rəmzlərindən biri olduğunu vurğulayıb. Dekan bayrağın xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik ənənələrini təcəssüm etdirdiyini qeyd edərək gənclərin dövlət rəmzlərinə hörmət ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tələbələrin hazırladığı bədii proqram təqdim olunub. Proqram çərçivəsində “Xarıbülbül” rəqsi, vətənpərvərlik mövzusunda musiqilər, rəqs kompozisiyaları və səhnəciklər nümayiş etdirilib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026