BDU-da “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafinda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

05/05/2015

Bakı Dövlət Universiteti hüquq fakültəsinin təşkilatçılığı ilə BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafinda rolu” mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransı açıq elan edərək onun işinə uğurlar arzulayıb. Ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışan rektor, eyni zamanda, hüquq elminin və təhsilinin inkişafındakı rolundan bəhs edib.  Sonra  hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfrans haqqında tədbir iştirakçılarına məlumat verib və fakültənin təsisçisi olduğu “Tələbə Hüquq Jurnalı”nın birinci buraxılışını təqdim edib. Təqdimat zamanı tələbələrin elmi fəaliyyəti yüksək qiymətləndirilib və iki tələbəyə - Orxan Abdulkərimli və Günel Abdullayevaya ən yaxşı elmi məqaləyə görə Fəxri fərman verilib. Tədbirdə Kiyev Milli Aviasiya Akdemiyasının professoru, Ukraynanın  Əməkdar elm xadimi Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabının təqdimatı keçirilib. Ukrayna MEA-nın həqiqi üzvü, professor Oleq Zayçuk, ABŞ-ın Tuleyn Universitetinin Hüquq məktəbinin dekanı, professor  Martin Davies, Kiyev Milli Aviasiya Akdemiyasının professoru  Arif Quliyev, Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, professor Aleksandr Merejko, Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin  professoru  Leonid Timçenko, BDU-nun  hüquq fakültəsinin  dekanı, professor  Əmir Əliyev konfransda məruzə ilə çıxış ediblər. Hüquq fakültəsində 6 bölmə  üzrə keçirilən konfransa Azərbaycandan və müxtəlif ölkələrdən 170-dən çox məruzə təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 5 may 2015-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024