BDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu

23/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası və “BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “De Novo” Hüquq klubunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun təşkil olunub.

İntellektual oyun zamanı tələbələr mülki hüquq, kommersiya hüququ, məhkəmə prosesi və digər hüquq sahələrini əhatə edən sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.

100-dən çox tələbənin iştirak etdiyi oyunda münsif qismində Mülki proses və kommersiya hüququ kafedrasının müəllimləri, eləcə də Vəkillər Kollegiyasının üzvləri Tanrıqulu Vəliyev və Seymur Hüseynov çıxış ediblər.

Sonda Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva bu cür intellektual oyunların tələbələrin bilik səviyyəsinin artırılması, hüquqi dünyagörüşlərinin formalaşması, eləcə də asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin sonunda qalib komandalar və fəal iştirakçılar sertifikatlar və hədiyyələrlə mükafatlandırılıb.

 

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026