BDU-da ağacəkmə aksiyası keçirilib

22/04/2021

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 22 Aprel - Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla tələbələr Universitetin və Tələbə Evinin həyətində ağac və güllər əkiblər. BDU-nun rektoru Elçin Babayev tələbələrlə birgə aksiyada iştirak edib. Aksiyada 100-dən artıq zeytun və şam ağacları, 300-dən çox təbii gül əkilib. Aksiyanın məqsədi ictimaiyyətin, eləcə də tələbələrin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmağa, atmosferin oksigenlə zənginləşdirilməsinə yönəltməkdir.

Qeyd edək ki, Yer Kürəsi Günü ilk dəfə 1970-ci ildə qeyd olunub. İlk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq Yer Kürəsi Günü hər il 22 aprel tarixində qeyd olunur.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026