BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün Abituriyent Məlumat Mərkəzinə gün ərzində 30-dan çox müraciət qəbul olunub. Eyni zamanda BDU-nun xüsusi “WhatsApp” nömrəsi vasitəsilə 100-dən çox şəxsin sorğusu cavablandırılıb.
Qeyd edək ki, bu gündən etibarən BDU-da fəaliyyət göstərən Abituriyent Məlumat Mərkəzi və xüsusi “WhatsApp” nömrəsinin yaradılmasında əsas məqsəd ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlərin BDU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə dolğun məlumatlandırılmasını təmin etmək, ixtisas seçimi prosesində onların maraq və gözləntilərinə uyğun düzgün istiqamətləndirilməsinə dəstək olmaq və tədrislə bağlı suallarının operativ cavablandırılmasını həyata keçirməkdir.
Mərkəz avqustun 19-dək həftənin hər günü saat 10:00-dan 18:00-dək BDU-nun əsas tədris binasının I mərtəbəsində fəaliyyət göstərəcək.

