BDU-da akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunmuş elmi seminar

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli dilçi alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Ağamusa Axundovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Ağamusa Axundov və filologiya məsələləri” mövzusunda elmi seminar keçirilib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva mövzu ilə bağlı çıxışında Ağamusa Axundovun həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan dilçiliyinə gətirdiyi yeniliklərdən, xüsusilə dilçiliyin nəzəri məsələlərinin öyrənilməsində və orta məktəb dərsliklərinin hazırlanmasında müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, alimin “Azərbaycan dilində feilin zamanları”, “Azərbaycan dilinin fonemlər sistemi”, “Azərbaycan dilinin fonetikası” kimi əsərləri dilimizin öyrənilməsində mötəbər elmi qaynaqlar sayılır.

Ümumi dilçilik kafedrasının doktorantı Qismət Cəfərovun “Ağamusa Axundov dil nəzəriyyəçisi kimi” adlı məruzəsində görkəmli alimin ümumi dilçilik sahəsindəki sanballı araşdırmaları, bu istiqamətdə yazdığı “Dilçiliyə giriş”, “Ümumi dilçilik” və “Riyazi dilçilik” kimi kitablarının elmi əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Ağamusa Axundovun Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, alim və müəllim kimi bənzərsiz şəxsi keyfiyyətlərindən, yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolundan, Azərbaycan dilçiliyində konstruktiv modelli fikirlərin müəllifi kimi təkrarsız mövqeyə malik olmasından bəhs edib.

Daha sonra BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizov, Dünya ədəbiyyatı kafedrasının dosenti Nüşabə Sadıxlı, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – Fikrət Əlizadə, Nahidə Həsənova və Təranə İsmayılova Ağamusa Axundovun ömür yolundan, zəngin elmi yaradıcılığından, dilçilik tədqiqatlarındakı elmi yenilikləri düzgün və obyektiv qiymətləndirməsindən, uzun illər çalışdığı müxtəlif məsul vəzifələrdə rəhbərlik etdiyi kollektivə, həmçinin öz tələbələrinə, doktorant və dissertantlarına göstərdiyi diqqət və qayğıdan danışıb, dilçi alimlə bağlı xatirələrini bölüşüblər.

 

Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025