BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

30/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Həsən Əliyevin 115 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

Ötən ilin dekabrında elan olunmuş müsabiqənin məqsədi tələbələrin ətraf mühitin mühafizəsi sahəsindəki yaradıcı düşüncələrini inkişaf etdirməkdir. Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara həsr olunmuş maket və rəsmlər təqdim olunub. Münsiflər heyəti təqdim olunan əsərləri ideya məzmununa, tərtibat xüsusiyyətlərinə görə qiymətləndirib. Fakültənin II kurs tələbəsi Məleykə İbrahimli müsabiqədə I yerə, I kurs tələbəsi Ləman Məliqasımlı II yerə, III kurs tələbəsi Oktay Məmmədov isə III yerə layiq görülüb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026